10:22 15-07-2020
news_image
130
FUTBOL

Sançonun transferi üçün şərt - Çempionlar Liqası

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançonun "Mançester Yunayted"ə transferi baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, keçidin reallaşıb-reallaşmaması "qırmızı şeytanlar"ın Premyer Liqadakı çıxışından asılı olacaq.

Komanda mövsümü ilk "dördlük"də bitirsə və Çempionlar Liqasına vəsiqə qazansa, "mankunianlar" qarşı tərəfin tələb etdiyi 120 milyon avronu ödəməyə razılıq verəcək. Əks təqdirdə, Sanço özü də "Mançester Yunayted"ə keçməkdə maraqlı olmayacaq. "Borussiya" müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 20 yaşlı vingerin transferi üçün qarşı tərəfə avqustun 10-na qədər vaxt verib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona 3 tur qalmış "Mançester Yunayted" 59 xalla 5-ci pillədə qərarlaşır.