13:38 15-07-2020
news_image
84
FUTBOL

"Zəng vursunlar, izah edim" - Qvardiola Mourinyo və Kloppun cavabını verdi

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo və "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun "Mançester Siti"nin cəzasının ləğvinə etirazı cavabsız qalmayıb.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola onların fikrinə münasibət bildirib.

İspaniyalı mütəxəssis hansısa saxtakarlığa yol verilmədiyini söyləyib: "Əgər danışmaq istəsələr, mən buradayam. Hökm üç müstəqil hakim tərəfindən elan edildi. Ancaq bunu müzakirə etmək istəsələr, mənim telefon nömrəm var, zəng edə bilərlər, hər şeyi onlara izah edərəm. Amma hesab edirəm ki, hökm aydın olduğu üçün nəyisə müzakirə etməyimizin mənası yoxdur. Yalan və saxtakarlıqla bağlı bütün fərziyyələr həqiqətə uyğun deyildi. Biz təmiz idik".

Qeyd edək ki, UEFA-nın "Mançester Siti"nin 2 illik avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarını İdman Arbitraj Məhkəməsi ləğv edib.