17:55 15-07-2020
news_image
201
FUTBOL

Yeni müqavilə - "Atletiko"da

"Atletiko"nun yarımmüdafiəçisi Tomas Parti komandada qalacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərədən bir neçə təklif alan 27 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisinin yeni müqavilə təklifini qəbul edib.

Tərəflər arasında ilkin razılığa əsasən, Qana millisinin üzvünü həftəlik maaşı 130 min funt-sterlinqə yüksəldiləcək. Müqavilədə onun sərbəst qalma məbləği isə 87,2 milyon avro dəyərində göstəriləcək. Yaxın günlərdə rəsmi sözləşməyə qol çəkiləcək.

Qeyd edək ki, Tomas Partinin "Atletiko" ilə hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.