19:55 15-07-2020
news_image
471
FUTBOL

Rəşad Sadıqovun baş məşqçi olacağı ilə bağlı açıqlama - "Zirə"dən

"Bu gün klubun fəxri prezidenti Orxan Məmmədova görüşümüz olacaq".

Bunu apasport.az saytına "Zirə"nin icraçı direktoru Cahangir Məmmədov deyib.

Klub rəsmisi futbolçu karyerasını başa vuran və "Qarabağ"la yollarını ayıran Rəşad Sadıqovun "Zirə"nin baş məşqçisi postuna təyin olunacağı ilə bağlı yayılan söhbətlərə münasibət bildirib.

Cahangir Məmmədov bugünkü iclas zamanı son qərarın verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Bugünkü görüşdə baş məşqçi məsələsi müzakirə olunacaq. 1-2 namizədlə bağlı fikir mübadiləsi aparılacaq. Yekun qərarın bu gün və ya sabah veriləcəyi məlum deyil. Yəqin ki, yaxın günlərdə hər şeyə aydınlıq gələr".

Qeyd edək ki, "Zirə" ötən mövsümün sonunda baş məşqçi Zaur Həşimovla yollarını ayırıb.