22:18 15-07-2020
news_image
124
FUTBOL

Mükafatını alacağı tarix müəyyənləşdi - "Liverpul"un

"Liverpul"un çempionluq kubokunu alacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, "qırmızılar" iyulun 22-də Permyer Liqa qalibi üçün verilən kuboka qovuşacaq.

Komanda həmin gün XXXVII tur çərçivəsində "Çelsi" ilə "Enfild Roud"da keçiriləcək qarşılaşmadan sonra mükafatını əldə edəcək. Təqdimat mərasimi boş tribunalar önündə olacaq.

Qeyd edək ki, "Liverpul" sona 7 tur qalmış 19-cu çempionluğunu qazanıb. Komanda 30 ildən sonra bu titula yiyələnib.