22:38 15-07-2020
news_image
156
FUTBOL

"İnter" satışa çıxarır - yeni transferini

Kristian Eriksen "İnter"dən ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, "neradzurra" Danimarka millisinin üzvünü satmağı planlaşdırır.

Qış fasiləsində "Tottenhem"dən 20 milyon avroya transfer edilən 28 yaşlı orta sahə oyunçusu iştirak etdiyi 11 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışından narazı qalan italyanlar mövsümün sonunda transfer təkliflərini dəyərləndirməyə hazırdır. Milan klubu Erikseni 60 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, Kristian Eriksenin "İnter"lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.