00:17 16-07-2020
news_image
187
FUTBOL

100-ə çatdı - İbrahimoviç

İtaliya A seriyasının XXXIII turunda "Parma" ilə oyun "Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı superulduz bir qədər əvvəl başa çatan görüşdə yubiley matçına çıxıb.

Bu, isveçli forvardın "rossonyerlər"in heyətində 100-cü oyunu olub. Onun 90 dəqiqəni əvəzedilmədən keçirdiyi qarşılaşmada "Milan" 3:1 hesablı qələbə qazanıb. Zlatan 2010-2012-ci illərdə də A seriyası təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, "Milan"a bu ilin yanvarında qayıdan İbrahimoviç cari mövsüm 6 qola imza atıb.