09:11 16-07-2020
news_image
331
FUTBOL

Almaniya klubuna keçdi - millimizin sabiq futbolçusu

Azərbaycan millisinin sabiq futbolçusu Toğrul Erat klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı cinah oyunçusu Almaniyaya qayıdıb.

O, Regional Liqanın Qərb zonasında qərarlaşan "Rot-Vays" klubuna transfer olunub. Türkiyənin TFF III liqa təmsilçisi "Bayrampaşa" ilə yollarını ayıran Erat yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Oberhauzen təmsilçisinin idman direktoru Patrik Bauder bu transferin komandanı gücləndirəcəyini açıqlayıb: "Toğrulun gəlişi kollektivə əlavə ruh yüksəkliyi olacaq. O, gənc oyunçularımıza meydanda yol göstərən təcrübəlilərdən olacaq".

Qeyd edək ki, Toğrul Erat 2014-2015-ci illərdə Azərbaycan millisinin heyətində 3 oyun keçirib.