09:31 16-07-2020
news_image
152
FUTBOL

Premyer Liqada yeni rekord - Qvardioladan

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Premyer Liqanın XXXVI turunda "Bornmut"la qarşılaşmada buna nail olub.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşdə "şəhərlilər"i 150-ci dəfə meydana çıxaran Qvardiola 111-ci qələbəsini əldə edib. O, Premyer Liqada ilk 150 matçda ən çox qələbə qazanan baş məşqçi olub. Qvardiola bu göstəriciyə görə Joze Mourinyo (105), Yurgen Klopp (92), Aleks Ferqyuson (90) və Kenni Dalqlişi (85) qabaqlayıb.

Qeyd edək ki, "Mançester Siti" sona 2 tur qalmış 75 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.