
01:55
"Tottenhem"in yarımmüdafiəçisi Rayan Sessenyon "Barselona"nın transfer gündəminə düşüb.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi bununla bağlı danışığa başlayıb.
Kataloniya təmsilçisi Sessenyonu 2018-ci ildə "Fulhem"də çıxış etdiyi vaxtdan izləyir. "Tottenhem" onu ötən il transfer etsə də, 20 yaşlı sol cinah oyunçusu Premyer Liqada cəmi 5 matçda meydana çıxıb. İspanlar İngiltərə gənclər millisinin üzvünü sol cinah müdafiəçisi Jordi Albaya layiqli əvəzləyici hesab edir.
Qeyd edək ki, Rayan Sessenyonun "Tottenhem"lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.