11:47 16-07-2020
news_image
165
FUTBOL

Qəbələyə tam heyətlə yollanmadı - "Sumqayıt"

Tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək "Sumqayıt"da fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi bu gündən təlim-məşq toplanışına başlayır.

İyulun 14-də koronavirus testindən keçən və nəticələri neqativ çıxan "kimyaçılar" bir qədər əvvəl toplaşaraq hazırlıq üçün Qəbələyə yola düşüb. "Sumqayıt" səfərə heç də tam heyətlə getməyib. Çünki müqavilə müddəti başa çatan bəzi oyunçular hələlik heyətə cəlb olunmayıblar. Klubla yeni müqavilə bağlayan baş məşqçi Ayxan Abbasov toplanışın ilk günlərində əsasən gənc futbolçuların xidmətindən yararlanacaq.

Qeyd edək ki, Premyer Liqanın 2019/20 mövsümündə 4-cü yeri tutan "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulacaq.