11:57 16-07-2020
news_image
270
FUTBOL

Yığmamız yerində qaldı – FİFA reytinqində

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ötən ay olduğu kimi, yenə siyahıda heç bir dəyişiklik olmayıb.

Bu da hesabat dövründə hansısa matçın keçirilməsi ilə bağlıdır. Koronavirus pandemiyası üzündən milli komandalar arasında görüş olmadığından, yığmalar əvvəlki yerlərində qalıblar.

Azərbaycan millisinin də əmsalı və mövqeyi dəyişməyib. Millimiz iyunun 11-də olduğu kimi, yenə dünyanın 114-cü komandasıdır. Yığmamızın aktivində 1177 xal var.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb. Qonşu Türkiyə 1494 xalla 29-cudur.