13:15 16-07-2020
news_image
128
FUTBOL

Futbolçusunun qiymətini açıqladı - "İnter"

"İnter"in müdafiəçisi Milan Şkrinyar klubunu tərk etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçuya təkliflər gəlməkdə davam edir.

Slovakiya millisinin üzvü üçün indi də "Mançester Siti" və PSJ qarşı tərəfə müraciət edib. Milanlılar oyunçusunu 60 milyon avroya satmağa razılıq verib. Futbolçu həmçinin "Mançester Yunayted", "Real" və "Barselona"nın da maraq dairəsindədir.

Qeyd edək ki, Milan Şkrinyar "İnter"ə 2017-ci ildə "Sampdoriya"dan keçib.