13:43 16-07-2020
news_image
160
FUTBOL

Almaniyaya qayıda bilər - "Real"ın hücumçusu

"Real"ın hücumçusu Luka Yoviç Almaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, "Herta" 23 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.

Bundesliqa təmsilçisi çempionatı yaxşı tanıdığı üçün hücum xəttini məhz Serbiya millisinin üzvü ilə gücləndirməyə çalışır. "Kral klubu" ilk mövsümündə əsas heyətə düşə bilməyən oyunçunu satmağın və ya icarəyə verməyin əleyhinə deyil. Klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, Luka Yoviç "Real"a ötən il "Ayntraxt"dan keçib.