15:00 16-07-2020
news_image
161
FUTBOL

Texniki məğlubiyyət veriləcək - tibbi kartın müddəti başa çatdığı üçün

Yunanıstan klubu PAOK-a texniki məğlubiyyətin verilməsi gözlənilir.

Apasport.az saytının məlumatına görə, buna səbəb Super Liqanın XXXV turunda AEK-lə keçirilən qarşılaşmada Saloniki təmsilçisinin 12 oyunçunun tibbi kartının müddətinin başa çatmasıdır.

0:0 hesabı ilə nəticələnən görüşdən sonra ehtiyat hakim bu məsələni protokolda qeyd edib. Yunanıstan çempionatının qaydalarına əsasən, PAOK-a texniki məğlubiyyət veriləcək. Təbii ki, AEK 48 saat ərzində rəsmi etiraz edərsə. Belə olarsa, PAOK-la xalları bərabərləşərək AEK ikinci pilləyə yüksələcək və sona 1 tur qalmış Çempionlar Liqasına vəsiqə şansını artıracaq. PAOK klubunun idarə heyətində artıq bir neçə istefanın olduğu bildirilir.

Qeyd edək ki, Yunanıstan Super Liqasının lideri "Olimpiakos" çempionluğunu çoxdan rəsmiləşdirib.