16:25 16-07-2020
news_image
161
FUTBOL

"Messi "Barselona"dan gedə bilər" - sabiq prezident

"Barselona"nın sabiq prezidenti Joan Laporta komandanın kapitanı Lionel Messi ilə bağlı narahatlığını dilə gətirib.

Apasport.az saytının məlumatına görə, Laporta argentinalı superuluzun gələn il komandadan ayrılacağından qorxur.

O, klubun hazırkı prezidenti Xosep Bartomeunun idarəçiliyini sərt şəkildə tənqid edib: "Leonun 2021-ci ildən sonra da qalmasını istəyirəm. Amma rəhbərliyin səhv qərarı bağışlanmaz nəticəyə səbəb ola bilər. Bu, "BarsaGate" deyil, "BartoGate"dir. Rəhbərliyin klubu riskə atması məni narahat edir".

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.