17:31 16-07-2020
news_image
257
FUTBOL

Türkiyə klublarından təklif - Halka

Çinin "Şanxay SİPQ" klubunun hücumçusu Halk yenidən Avropaya köçəcək.

Apasport.az saytının məlumatına görə, bunu braziliyalı forvard özü deyib.

Çindən ayrılacağını söyləyən 33 yaşlı oyunçunun karyerasını Türkiyədə davam etdirmək ehtimalı yüksəkdir. Çünki "Fənərbaxça" və "Qalatasaray" ulduz futbolçunun keçidində maraqlıdır. "Şanxay SİPQ" ilə müqavilə müddəti bitdiyindən, onun istənilən kluba keçidi havayı başa gələcək.

Qeyd edək ki, Hulk 2016-cı ildən Çin klubunda çıxış edir.