22:10 16-07-2020
news_image
196
FUTBOL

Daha 3 ayrılıq - "Zirə"də

"Zirə" heyətində təmizlik işləri aparmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

Bu dəfə müdafiəçi Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçi Mfo Kqasvane və Riçard Qadze yola salınıb. Həsənalızadə və Qadzenin müqavilə müddəti başa çatıbsa, Kqasvanenin gələn ilin yayına qədər olan sözləşməsinə xitəm verilib.

Bununla qəsəbə təmsilçisində yay fasiləsində ayrılıq sayı 15-ə çatıb. Buna qədər Emil Balayev, Nicat Süleymanov, Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero, Adrian Skarlatake, Cavid Hüseynov, Tellur Mütəllimov, Boyan Zoqoviç və Şafik Tiqrudca "Zirə" ilə sağollaşıb.