22:53 16-07-2020
news_image
173
FUTBOL

"Real"ın futbolçusu ilə müqavilə bağladı - "Mançester Yunayted"

"Real"ın futbolçusu Alvaro Fernandes İngiltərəyə köçüb.

Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

"Kral klubu" ilə müqavilə müddəti başa çatan 17 yaşlı oyunçu yeni sazişə qol çəkməyib. O, havayı başa gəldiyi "qırmızı şeytanlar"la 4 illik müqavilə bağlayıb. Fernandes Premyer Liqa klubunda daha yaxşı inkişaf edəcəyini düşündüyü üçün bu addımı atdığını söyləyib.

Qeyd edək ki, "Real"ın əvəzedicilərində çıxış edən Alvaro Fernandes sol cinah müdafiəçisidir.