00:00 17-07-2020
news_image
125
FUTBOL

İtaliyaya qayıdır - Mandzukiç

Xorvatiyalı hücumçu Mario Mandzukiç yenidən İtaliyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, hazırda azad agent statusu daşıyan 34 yaşlı forvard "Fiorentina"ya keçməyə yaxındır.

Qətər klubu "Əl-Duhail"lə müqaviləsinə xitam verən Mandzukiçə Florensiya klubu 2+1 illik müqavilə təklif edib. Tərəflər ortaq məxrəcə gələrsə, forvardın illik məvacibi 3 milyon avro olacaq. Moskva "Lokomotiv"inin də maraq dairəsində olan futbolçu "Fiorentina"ya keçməyə daha həvəslidir.

Qeyd edək ki, Mario Mandzukiç "Əl-Duhail"ə ötən il İtaliyanın digər klubu "Yuventus"dan keçib.