09:15 17-07-2020
news_image
177
FUTBOL

"Koventri"nin prioritet hədəfi - Renat Dadaşov

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərə klubu "Koventri"nin gündəmindən düşmür.

Apasport.az saytının məlumatına görə, Çempionşipə yüksələn klub hücum xəttini məhz "Vulverhempton"un üzvü ilə gücləndirməkdə maraqlıdır.

Almaniyalı vinger Marsel Hilsner və ingilis yarımmüdafiəçi Kallum Luk Ohareni heyətinə cəlb edən "Koventri"nin hazırda iki prioritet hədəfi var ki, bunlardan biri Renat Dadaşov, digəri isə "Monako"nun mərkəz müdafiəçisi Conatan Ponzodur. Hər iki oyunçu üçün klublar arasında danışıqlar davam edir. Dadaşovun icarəyə və ya birdəfəlik keçidi "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santonun qərarından asılıdır.

Qeyd edək ki, Renat Dadaşovun "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.