09:28 17-07-2020
news_image
106
FUTBOL

Hər iki Madrid klubunda... - tarixdə ilk

"Real"ın qapıçısı Tibo Kurtua adını İspaniya futbol tarixinə yazdırıb.

Apasport.az saytının məlumatına görə, o, bunu "Real"la La Liqa çempionu olaraq reallaşdırıb.

28 yaşlı qolkiper hər iki Madrid klubunun heyətində ölkə çempionu olan ilk futbolçudur. Belçika millisinin üzvü 2013/14 mövsümündə də "Atletiko" ilə İspaniyada qızıl medallara qovuşub.

Qeyd edək ki, sona 1 tur qalmış əlçatmaz olan "Real" 34-cü dəfə La Liqa çempionu olub.