10:48 17-07-2020
news_image
213
FUTBOL

Unikal göstərici - Messidən

"Barselona"nın kapitanı Lionel Messi La Liqanın XXXVII turunda "Osasuna" ilə oyunda cərimə zərbəsindən fərqlənərək, öz göstəricisini yaxşılaşdırıb.

Apasport.az saytı xəbər verir ki, "Opta"nın araşdırmasına görə, argentinalı superulduz cari mövsüm standart vəziyyətdən 5-ci qolunu vurub.

Bununla 33 yaşlı superulduz "Top-5" liqalara liderlik edir. Messi son 5 mövsümün 4-də (2016/17 mövsümü istisna olmaqla) cərimə zərbəsindən ən çox qol vuran futbolçudur. 2015/16 mövsümündə isə Daniel Parexo ("Valensiya") və Miralem Pyaniçlə ("Roma") liderliyi bölüşüb.

Qeyd edək ki, "Barselona" La Liqada sona 1 tur qalmış 2-ci yeri tutub. 2004-cü ildən əsas komandada çıxış edən Lionel Messi isə kataloniyalılarla 34 kubok qazanıb.