10:52 17-07-2020
news_image
150
FUTBOL

3-cü ayrılıq - "Səbail"də

"Səbail"də daha bir ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, müdafiəçi Şəhriyar Rəhimovla yollar ayrılıb.

Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bakılılar "iki möhtəşəm mövsümə görə təşəkkür edirik" yazaraq, milli komandamızın üzvünün gedişini açıqlayıb. Cinah oyunçusunun gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bu, yay fasiləsində "Səbail"də 3-cü gediş olub. Buna qədər paytaxt təmsilçisi Maykl Essyenlə vidalaşıb, həmçinin icarədə çıxış edən Fəhmin Muradbəylini müqavilə ilə məxsus olduğu "Neftçi"yə qaytarıb.