12:45 17-07-2020
news_image
2787
FUTBOL

100 minlik futbolçunu bəyənmədi - Premyer Liqanın ikincisi

Norveç millisinin sabiq futbolçusu Harmet Sinqin karyerasını ölkəmizdə davam etdirmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "Neftçi"yə təklif olunub.

Son klubu Finlandiyanın HİK klubu olan Sinq menecerlər tərəfindən "ağ-qaralar"a məsləhət görülüb. Orta sahə oyunçusunun illik maaş tələbi 100 min dollar olub. Lakin Azərbaycan Premyer Liqasının gümüş medalçısı "Feyenoord", "Molde", "Midtyulland", "Visla" (Plotsk), "Kalmar" kimi klublarda çıxış etmiş yarımmüdafiəçini bəyənməyib və onun transferindən imtina edib.

Qeyd edək ki, ölkəsində "Valerenqa" klubunun yetirməsi olan və hazırda azad agent statusu daşıyan Harmet Sinq 2012-2015-ci illərdə Norveç yığmasında 5 oyun keçirib. Futbolçu AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində 2014-cü il noyabrın 16-da Azərbaycan millisi ilə Bakıda keçirilən görüşə çağırılsa da, meydana çıxmayıb. Həmin qarşılaşmada norveçlilər 1:0 hesablı qələbə qazanıb.