13:25 17-07-2020
news_image
198
FUTBOL

5 futbolçusunu satır - "Yuventus"

"Yuventus" mövsümün sonunda bir neçə futbolçusunu transferə çıxaracaq.

Apasport.az saytının məlumatına görə, "qoca sinyora" 5 oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.

Bunlar müdafiəçi Daniele Ruqani, yarımmüdafiəçilər Federiko Bernardeski, Sami Xedira, Blez Matuidi və hücumçu Qonsalo İquaindir. Turin təmsilçisi adıçəkilən futbolçularla bağlı təklifləri dəyərləndirməyə hazırdır. Rəhbərlik onların yerinə kollektivə gənc oyunçular cəlb etməyi niyyətindədir.

Qeyd edək ki, "Barselona"dan Artur Melonu transfer edən "Yuventus" əvəzində Miralem Pyaniçi qarşı tərəfə satıb.