14:17 17-07-2020
news_image
207
FUTBOL

2020/21 mövsümünün ilk püşkü atıldı - Çempionlar Liqasında

Çempionlar Liqasında 2020/21 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib. 

Püşkün nəticəsinə görə, San Marino çempionu ilə Şimali İrlandiya çempionu, Kosovo liqasının qalibi isə Andorra çempionu ilə qarşılaşacaq. Klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcəyi üçün püşkatmada ölkələrin adları yer alıb.  

Birinci cütdə "Tre Fiori" ilə "Linfild" üz-üzə gələcək. Çünki müvafiq olaraq San Marino və Şimali İrlandiyada çempionlar məlumdur.

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal oyunları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda keçiriləcək. Qalib 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.