15:08 17-07-2020
news_image
1348
FUTBOL

“Zirə”nin baş məşqçisi olması rəsmiləşdi - Rəşad Sadıqovun

"Zirə"nin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Rəşad Sadıqov Bakı klubunun yeni çalışdırıcısı təyin olunub.

Futbolçu karyerasını yenicə başa vuran Azərbaycan millisinin sabiq kapitanı "Zirə" ilə 3 illik müqavilə bağlayıb.

38 yaşlı çalışdırıcının təyinatı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verən fəxri prezident Orxan Məmmədov yeni çalışdırıcı ilə uğurlu çıxış edəcəklərinə inandığını söyləyib: "Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. "Qarabağ"ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram".

Qeyd edək ki, Rəşad Sadıqov ötən mövsümün sonunda klubdan ayrılan Zaur Həşimovu əvəzləyib.