15:33 17-07-2020
news_image
225
FUTBOL

Azərbaycanla vidalaşdı - Maykl Essyen

"Səbail"dən ayrılan qanalı yarımmüdafiəçi Maykl Essyen Azərbaycanla vidalaşıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu instaqram səhifəsi vasitəsilə paylaşım edib.

Arxasında Azərbaycan bayrağı olan şəkil paylaşan 38 yaşlı orta sahə oyunçusu ölkəmizdən məmnunluğunu dilə gətirib: "Azərbaycanda oynamaq xoş idi. Növbəti dəfə görüşənədək. Güclü və sağlam qalın".

Essyen Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getdiyi bir vaxtda yenidən ordumuza dəstək nümayiş etdirib və Azərbaycan dilində "Şəhidlər ölməz, vətən bölünməz" yazıb.

Qeyd edək ki, Maykl Essyen ötən ilin martından "Səbail"in formasını geyinib.