16:13 17-07-2020
news_image
181
FUTBOL

Tellur Mütəllimovun keçidini açıqladı - “Sumqayıt”

"Sumqayıt" ilk transferini açıqlayıb.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Tellur Mütəllimovun "gənclik şəhəri" təmsilçisinə keçidi rəsmiləşib.

Son mövsümü "Zirə"də keçirən 25 yaşlı futbolçu yeni komandası ilə 1 illik sözləşməyə imza atıb. Mütəllimov buna qədər "Qəbələ" (24 oyun, 5 qol) və "Zirə"nin (63 oyun, 3 qol) şərəfini qoruyub, Azərbaycanın U-21 (1 oyun) və əsas millilərinə də (1 oyun) dəvət alıb.

Qeyde edək ki, "Sumqayıt" ötən mövsümün gedişində "Zirə"dən ayrılan Elvin Məmmədovla da anlaşıb.