
00:36
"Məsuliyyətli işin altına girdiyimi anlayıram".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin yeni baş məşqçisi Rəşad Sadıqov deyib.
Paytaxt klubu ilə bu gün 3 illik müqavilə imzalayan 38 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib. Təəssüratlarını bölüşən Sadıqov əlindən gələni edəcəyini söyləyib: "Mənə göstərilən etimada görə "Zirə" rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".
Qeyd edək ki, Rəşad Sadıqov kapitanı olduğu "Qarabağ"dan ayrılaraq futbolçu karyerasını başa vurub.