16:53 17-07-2020
news_image
2948
TOKİO-2020

Tokio Olimpiadasının proqramını təsdiqləndi - BOK

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının proqramını və yarışların keçiriləcəyi məkanları təsdiqləyib.

Apasport.az xəbər verir ki, bu barədə BOK tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Təşkilatçılar 2020-ci ilin təqvim günləri ilə bağlı hər hansı dəyişiklik etmək fikrində olmayıblar. Qərar bu gün 136-cı sessiyada təsdiqlənib. Tokio Olimpiadası öncədən planlaşdırıldığı kimi, 23 iyul - 8 avqust 2021 tarixlərində baş tutacaq.

Qeyd edək ki, BOK və Tokio Olimpiadasının Təşkilat Komitəsi bu il keçirilməli olan yarışı martda koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salıb.