17:26 17-07-2020
news_image
387
FUTBOL

3 futbolçusu vaxt istədi - "Səbail"dən

Baş məşqçi Aftandil Hacıyevlə yeni müqavilə bağlayan "Səbail" sözləşmə müddəti başa çatan futbolçularla danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubunda büdcənin azaldılması əksər oyunçuları tələsik qərar verməməyə vadar edib.

Gənc mütəxəssis ixtiyarında görmək istədiyi oyunçuların adlarını rəhbərliyə təqdim edib. Hacıyevin "Səbail"də qalmasını istədiyi yarımmüdafiəçilər Lema Çikito (Konqo Demokratik Respublikası), Rahid Əmirquliyev və hücumçu Rauf Əliyevlə ilkin danışıq olub. Qəsəbə təmsilçisi artıq təklifini edib və hər 3 oyunçu düşünmək üçün vaxt istəyib.

Onlardan fərqli, braziliyalı müdafiəçi Eriko da Silva yeni sözləşməyə "yox" cavabını verib. 31 yaşlı oyunçu təklif olunan şərtlərlə razılaşmayıb.

Qeyd edək ki, "Səbail" mövsümlərarası fasilədə hələlik Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Maykl Essyen və Şəhriyar Rəhimovla yollarını ayırıb.