23:17 17-07-2020
news_image
188
FUTBOL

De Bruyne müqaviləsini yeniləyir - 2025-ci ilə qədər

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yeni müqavilə imzalamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər" Belçika millisinin üzvü ilə danışıqlara start verib.

Premyer Liqa klubunun İdman Arbitraj Məhkəməsi tərəfindən cəzası ləğv edildiyi üçün 29 yaşlı orta sahə oyunçusu qalmağa razılıq verib. "Mançester Siti" ulduz futbolçuya yeni 2 illik saziş təklif edib. Hazırkı anlaşması 2023-cü ilin yayına qədər olan hücumameyilli oyunçu razılıq əldə olunarsa, 2025-ci ilin yayına qədər kluba məxsus olacaq.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.