10:35 18-07-2020
news_image
396
FUTBOL

Yunanıstandan təklif - "Qəbələ"nin futbolçusuna

Azərbaycanda çıxış edən daha bir futbolçu Yunanıstana yollana bilər.

Apasport.az saytının adıçəkilən ölkənin mətbuatına istinadən məlumatına görə, "Qəbələ"nin vingeri Klesio Bauk "Apollon Smirnis"in maraq dairəsindədir.

İkinci liqada 2-ci yeri tutaraq elitaya vəsiqə qazanan Afina təmsilçisi heyətini də gücləndirmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, mozambikli oyunçu 2016-2018-ci illərdə Yunanıstanda "Panetolikos"un formasını geyindiyindən, ölkəyə uyğunlaşmaqda problem yaşamaz. Hətta bildirilir ki, Baukla yunanıstanlılar bir neçə dəfə təmas qurmalarına baxmayaraq, maliyyə baxımından razılıq əldə olunmadığından, 26 yaşlı ön xətt oyunçusunun dönüşü reallaşmayıb.

Ancaq futbolçu Azərbaycanda "Zirə"nin də diqqət mərkəzindədir. “Qəbələ” ilə müqaviləsi bitmiş Baukun bu komandaya keçidi daha real hesab edilir.

Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Neftçi"dən ayrılan Vangelis Platellas ölkəsi Yunanıstana qayıdıb.