11:07 18-07-2020
news_image
148
FUTBOL

"Mançester Siti" əl çəkmir - Torresdən

"Mançester Siti" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torresin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər" qarşı tərəfə bununla bağlı növbəti təklifini edib.

Premyer Liqa təmsilçisi hazırda "Qranada"da icarə əsasında çıxış edən Yanxel Erreradan imtina etməyə hazırdır. Transfer dəyəri 15-18 milyon avro dəyərində göstərilən Errera Torresin transferinin bir hissəsi kimi istifadə oluna bilər. İngilislər 20 yaşlı vingerə 5 illik müqavilə təklif ediblər. Keçid reallaşarsa, müqavilədə onun sərbəst qalma məbləği 100 milyon avro göstəriləcək.

Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.