11:20 18-07-2020
news_image
168
FUTBOL

İngilislərin mübarizəsi - Karlos uğrunda

"Sevilya"nın mərkəz müdafiəçisi Dieqo Karlos İngiltərəyə yollana bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin transfer gündəmindədir.

Braziliyalı uğrunda "Liverpul", "Tottenhem" və "Mançester Siti" arasında mübarizə qızışıb. Onunla bir müddət əvvəl "Bavariya" da maraqlanırdı. La Liqa təmsilçisi Karlosun transfer qiymətini 32 milyon avro olaraq müəyyənləşdirib.

Qeyd edək ki, Dieqo Karlos bu mövsüm La Liqada keçirdiyi 34 oyunda 2 qol vurub.