12:08 18-07-2020
news_image
157
FUTBOL

Əməliyyat olunacaq - Mattiys de Liqt

"Yuventus"un müdafiəçisi Mattiys de Liqt əməliyyat olunacaq.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu çiynindəki ağrılardan əziyyət çəkir.

Ötən ilin noyabrında "Atalanta" ilə keçirilən görüşdə (3:1) çiynindən xəsarət alan Niderland millisinin üzvü hələ də zədəsini sağaltmayıb. Ancaq bu, onun A seriyası matçlarında meydana çıxmasına mane olmayıb.

Ağrıları get-gedə artan mərkəz müdafiəçisinin tam sağalması üçün əməliyyat qaçılmazdır. Ancaq bu, futbolçunun A seriyasında mövsümü başa vurması və Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununu buraxması ilə nəticələnə bilər. Klub və futbolçu əməliyyatın tarixi ilə bağlı hələ qərar verməyib.

Qeyd edək ki, Mattiys de Liqt "Yuventus"a ötən il "Ayaks"dan keçib.