13:44 18-07-2020
news_image
236
FUTBOL

Kapitanın da müqaviləsini açıqladı – “Sumqayıt”

 "Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə bağladığını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi kapitan Vurğun Hüseyovun sözləşməsini uzatdığını bəyan edib.

Mərkəz müdafiəçisi Avropa Liqasına vəsiqə qazanan "kimyaçılar"la 1 illik sazişə qol çəkib. 2013/14 mövsümündən "Sumqayıt"da çıxış edən Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə də qol vurmağa da nail olub.

"Sumqayıt" həmçinin baş məşqçi Ayxan Abbasov, eyni zamanda Mehdi Cənnətov, Elvin Bədəlov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla da əməkdaşlığı uzadıb.

Qeyd edək ki, Vurğun Hüseynovun yeni müqavilə bağladığını ilk dəfə 15 iyulda apasport.az saytı yazıb.

https://apasport.az/az/news/155718