14:06 18-07-2020
news_image
2924
FUTBOL

Bakıya gəldi - “Qarabağ”ın yeni transferi

"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Kolumbiyalı mərkəz müdafiəçisi Bakı Olimpiya Stadionunun şəklini paylaşıb. "Gözəldir bu dəli həyat" yazısını yazan 27 yaşlı futbolçu klubla münasibətləri rəsmiləşdirdikdən sonra yeni komandasının təlim-məşq toplanışına qoşulmaq üçün Qəbələyə yollanacaq.

Qeyd edək ki, Portuqaliyanın "Çaves" klubundan transfer edilən Kevin Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlaması gözlənilir.