15:51 18-07-2020
news_image
480
FUTBOL

4 futbolçu ilə müqavilə bağladı - "Zirə"

“Zirə” yeni futbolçularla müqavilə bağlayıb.

Apasport.az məlumat verir ki, klub bu barədə feysbuk səhifəsində paylaşım edib.

Bildirilir ki, Rəşad Sadıqovun baş məşqçi təyin olunduğu komanda Klesio Bauk, Rəşad Eyyubov və Kərim Diniyevlə bir, Sərtan Taşqınla isə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Bauk son mövsümü “Qəbələ”də, Eyyubovla Diniyev “Sabah”da, Taşkın isə “Sumqayıt”da oynayıb.