22:57 18-07-2020
news_image
260
FUTBOL

29 yaşında karyerasını bitirdi - sabiq "Qarabağ"lı

"Səbail"dən ayrılan kapitan Eltun Yaqublu gözlənilməz qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi karyerasını başa vurub.

Bu barədə Yaqublu özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib. Eltun paytaxt klubuna təşəkkür edib: "Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım. "Səbail" rəhbərliyinə, məşqçilər korpusuna, mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar".

Qeyd edək ki, Eltun Yaqublu karyerası ərzində "Neftçi", "Qarabağ", AZAL, "Sumqayıt" və "Səbail" klublarının formasını geyinib.