23:28 18-07-2020
news_image
186
FUTBOL

Bir-birlərini istəyir - "Yuventus"la Lyakazett

"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, "Yuventus" 29 yaşıl forvardın transferində maraqlıdır.

Turin klubunun nümayəndələri artıq neçə gündür "topçular"la və futbolçunun meneceri ilə danışıqlar aparır. Fransa millisinin üzvünü "Atletiko" da istəyir. Lakin hələlik yalnız "Yuventus" rəsmi danışıq aparır. Futbolçu özü Kriştianu Ronaldo və Paulo Dibala kimi oyunçularla birlikdə oynamaq fürsətini dəyərləndirmək arzusundadır.

Qeyd edək ki, transfer qiyməti 50 milyon avro dəyərində göstərilən Aleksandr Lyakazettin "Arsenal"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.