00:21 19-07-2020
news_image
292
FUTBOL

Xavinin yanına gedir - millinin sabiq üzvü

"Vilyarreal"ın yarımmüdafiəçisi Santi Kazorla karyerasını bitirmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı kapitan Qətərə köçməyə hazırlaşır.

Mövsümün sonunda "Vilyarreal"dan ayrılacağı dəqiq olan İspaniya millisinin sabiq üzvü "Əl-Sədd"ə keçmək üzrədir. Klubu ilə artıq vidalaşdığına dair video paylaşan oyunçu "Barselona"nın sabiq kapitanı Xavi Ernandesin rəhbərliyi altında çıxış etmək variantına müsbət baxır. Onun "Vilyarreal"la müqavilə müddəti başa çatdığından, Qətər təmsilçisinə keçidi havayı başa gələcək.

Qeyd edək ki, 2018-ci ildən "Vilyarreal"da çıxış edən Santi Kazorla cari mövsüm La Liqada 34 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə verib.