12:14 19-07-2020
news_image
379
FUTBOL

Medinanın transferini açıqladı - "Qarabağ"

"Qarabağ" ilk transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə Kevin Medinanın keçidini bəyan edib.

Dünən Azərbaycana gələn kolumbiyalı mərkəz müdafiəçisi artıq Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib. Portuqaliyanın "Çaves" klubundan alınan 27 yaşlı oyunçunun müqavilə detalları hələlik açıqlanmayıb. Ancaq onun 3 illik sazişə qol çəkdiyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində hələlik Medina ilə yanaşı, Emil Balayevlə Vild-Donald Geryeni transfer edib, Nicat Süleymanov, Ruslan Hacıyev və Elvin Cəfərquliyev isə icarədən qayıdıb.