13:21 19-07-2020
news_image
131
FUTBOL

"Lids"dən yeni müqavilə təklifi - Byelsaya

16 ildən sonra yenidən Premyer Liqaya yüksələn "Lids"də baş məşqçi Marselo Byelsaya yeni müqavilə təklif edilib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi argentinalı mütəxəssisin müqavilə şərtlərini yaxşılaşdırmaq qərarına gəlib.

64 yaşlı çalışdırıcının hazırkı sözləşməsi gələn həftənin sonuna qədərdir. Klubun bunu daha bir il uzatmaq hüququ var. Lakin "Lids" rəhbərliyi yüksək məvacib qarşılığında Byelsaya 2022-ci ilin yayına qədər anlaşma təklif edib. Klub onun maaşını 6 milyon funt-sterlinqdən 8 milyona yüksəltmək fikrindədir.

Qeyd edək ki, Marselo Byelsa 2018-ci ildən "Lids"i çalışdırır.