14:12 19-07-2020
news_image
165
FUTBOL

45 milyon avroluq təklif - 17 yaşlı futbolçu üçün

"Arsenal" "Sportinq"in yarımmüdafiəçisi Joelson Fernandeşə elçi düşüb.

Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Mikel Arteta gənc oyunçunu ixtiyarında görmək istəyir.

"Topçular" hücumameyilli futbolçunun keçidi ilə bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa klubu 17 yaşlı Fernaneşin transferinə 45 milyon avro ödəməyə hazırdır. Ancaq "Barselona" və "Yuventus" da Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmasının üzvü ilə maraqlanırlar.

Qeyd edək ki, "Sportinq"lə müqavilə müddəti 2022-i ilin yayına qədər olan Joelson Fernandeş əsas komandada 3 oyun keçirib.