14:25 19-07-2020
news_image
203
FUTBOL

30 milyon və qapıçı - "Atalanta"ya təklif

"Atalanta"nın futbolçusu Duvan Zapata İtaliyada klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, "Yuventus" hücum xəttini 29 yaşlı oyunçu ilə gücləndirmək niyyətindədir.

Turinlilər uzun müddətdir Kolumbiya millisinin üzvünü izləyir. "Qoca sinyora" onun transferi müqabilində qarşı tərəfə 30 milyon avro və qapıçı Matteo Perini təklif edib. Bu sövdələşmə gerçəkləşərsə, "Atalanta" qapıçısı Pyerluici Qollinini satacaq.

Qeyd edək ki, Duvan Zapata cari mövsüm A seriyasında iştirak etdiyi 24 oyunda 17 qol vurub.