14:40 19-07-2020
news_image
365
FUTBOL

Daha 4 transferini açıqladı - "Zirə"

"Zirə" transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna Rəşad Sadıqovu gətirən Bakı klubu daha 4 futbolçu keçidini təqdim edib.

Qapıçı Rəşad Əzizli, müdafiəçi Şəhriyar Rəhimov və yarımmüdafiəçilər Ruslan Qurbanovla Tural Bayramlı qəsəbə təmsilçisi ilə anlaşıb. Şəhriyar və Ruslan 2, Rəşadla Tural isə 1 illik müqavilə imzalayıb.

Klub buna qədər Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov və Sərtan Taşkını da heyətinə qatıb.

Qeyd edək ki, Şəhriyar "Səbail"dən, Ruslan, Tural və Rəşad isə "Keşlə"dən "Zirə"yə keçib.