
Növbəti mövsümdə I Divizion iştirakçılarının sayı yenə azalıb.
Apasport.az saytının məlumatına görə, "Zirə-2" fəaliyyətini dayandırıb.
Qəsəbə təmsilçinin əvəzedicilərinin 2020/21 mövsümündən kənar qalması müxtəlif səbəblərlə əlaqələndirilir. Əvəzedici heyətin bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.
"Qartallar"ın bu addımı atması həm də I Divizionda oyun "alver"inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.
AFFA "Ağsu"nu qış fasiləsində çempionatdan kənarlaşdırdı. Müxtəlif komandaların təqribən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan kənarlaşdırdı.
Birinci dəstəyə nəzarət zəif olduğundan, «Zirə» rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I Divizion nümayəndələrinin sayı 12-yə enib.
Bundan əvvəl "Qəbələ" son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb (sportinfo.az).